Səudiyyə Ərəbistanı ABŞ-dən 9 milyard dollarlıq “Patriot” raketləri alacaq
Dünya
197
20:55, Bu gün

Səudiyyə Ərəbistanı ABŞ-dən 9 milyard dollarlıq “Patriot” raketləri alacaq

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 9 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə raketlərinin potensial satışını təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, Ər-Riyad ABŞ-dan 730 ədəd “PAC-3 MSE” tipli yer-hava raketi və əlaqəli avadanlıq almaq niyyətindədir. Satışla bağlı müvafiq bildiriş ABŞ Konqresinə təqdim olunub.

Pentaqon bildirir ki, bu sövdələşmə regionda güc balansını dəyişdirməyəcək və ABŞ ordusunun döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər