Dünya
527
15:50, Bu gün

"ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır, Hörmüz" boğazında gərginlik artır" - "Vesty"

"ABŞ-İran gərginliyi artır, hərbi əməliyyat və etirazlar regionda riskləri yüksəldir..."

İranın "Iran International" müxalifət portalı yazır ki, ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyat həyata keçirə bilər. Mənbələr bildirir ki, əsas məsələ artıq qərara bağlanıb, sadəcə uyğun əməliyyat imkanının gözlənildiyi vurğulanır.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

ABŞ planları və Səudiyyə Ərəbistanının mövqeyi

Planın məqsədi rejimi ciddi şəkildə zəiflətməkdir. Yanvarın 30-da Vaşinqtonda keçirilən qapalı görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin-Salman ABŞ-ın əməliyyat həyata keçirməməsi halında "ayətullah rejiminin güclənəcəyini" bildirib. Görüşdə ABŞ Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və digər yüksək rütbəli şəxslər iştirak edib. Eyni zamanda Səudiyyə və BƏƏ hava məkanlarının hücum üçün istifadəsinə icazə verməyəcəklərini açıqlayıb.

İranın daxili vəziyyəti və etirazlar

İran prezidenti Masud Pezeşkian yanvarın 31-də etirazlara diqqət çəkərək Tramp, Netanyahu və bəzi Avropa liderlərini ölkədəki gərginliyi qızışdırmaqda günahlandırıb: "Biz ədalət yolunu izləməli və xalqımıza təhlükə yaradanlara qarşı durmalıyıq".

2025-ci ilin dekabrında milli valyutanın dəyər itirməsi kütləvi etirazlara yol açmış, nümayişlər tədricən rejim əleyhinə çevrilmişdi. Hökumət sərt tədbirlər görərək internet və rabitəni məhdudlaşdırmış və etirazları zorla yatırmışdı. Yanvar etirazlarında təxmini hesablamalara görə 6-7 min adam həlak olub.

Hörmüz boğazında hərbi risklər

CENTCOM İrana xəbərdarlıq edib ki, fevralın 1-də planlaşdırılan hərbi-dəniz təlimlərində "ciddi risklərdən çəkinərək" davranmalıdır. Boğaz gündə təxminən 100 ticarət gəmisinin keçdiyi beynəlxalq su yoludur. ABŞ hərbçiləri bildirir ki, hər hansı qeyri-peşəkar hərəkətlər qarşıdurma və eskalasiya riskini artırır:

"Biz İslam İnqilab Keşikçiləri Korpusunun təhlükəli hərəkətlərinə dözməyəcəyik", - bəyanayda deyilir. Eyni zamanda ABŞ ordusu İrana açıq mesaj göndərərək bildirir ki, "ABŞ qüvvələri dünyada ən yüksək peşəkarlığa malikdir və beynəlxalq qaydaları qoruyaraq hərəkət etməyə davam edəcək. İran Korpusunun da eyni peşəkarlığı nümayiş etdirməsi vacibdir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər