Rusiyanın Xersona endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb
Dünya
235
14:58, Bu gün

Rusiyanın Xersona endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr yaşayış məntəqələri də daxil olmaqla kritik və sosial infrastruktura endirilib.

"Hücumlar nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Çoxmərtəbəli 14 bina və 5 ev zərər görüb. Eyni zamanda, inzibati bina, mağaza, qaz kəməri və şəxsi avtomobillər də zədələnib", - məlumatda bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər