17:29
5°C
Bakı
Rusiya ordusunun ötən gün Ukraynanın Zaporojye vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb.
Moderator.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zaporojye hərbi administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri ötən gün vilayətin 33 yaşayış məntəqəsinə 1 019 zərbə endirib: "Yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinin zədələnməsi ilə bağlı 149 məlumat daxil olub".