Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb
Dünya
173
14:47, Bu gün

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

Pakistan təhlükəsizlik qüvvələri son iki gün ərzində Bəlucistan əyalətində 70-dən çox terrorçunu öldürüblər.

Moderator.az xəbər verir ki, bu barədə Bəlucistanın hökumət başçısının siyasi və media məsələləri üzrə köməkçisi Şahid Rind bildirib.

Onun sözlərinə görə, silahlılar Bəlucistanın bəzi bölgələrində hücumlar həyata keçirməyə cəhd göstəriblər, lakin qarşısı alınıb.

Pakistan "Dawn" nəşrinin məlumatına görə, Hindistanla əlaqəli "Fitna əl-Hindustan" qruplaşması Bəlucistan ərazisində 12 yerdə hücumlar həyata keçirib. Bu hücumlar nəticəsində Pakistanın güc strukturlarının 10 əməkdaşı ölüb.

"Dawn" güc strukturlarındakı mənbəyə istinadən bildirib ki, son 48 saat ərzində Bəlucistanda 88 terrorçu öldürülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər