16:49
6°C
Bakı
2013-cü ildə "Xbox Live" onlayn xidməti maliyyəçi Cefri Epşteynin hesabını davranış qaydalarını pozduğuna görə birdəfəlik dayandırıb.
Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin sənədlərində məlumat verilib.
"Xbox"dan gələn məktubda qadağaya səbəb kimi maliyyəçinin təqib, böhtan və ədəbsiz ifadələrdən istifadəsi göstərilib.
Şikayətin istifadəçilərdən alınıb-alınmadığı və ya moderatorların özlərinin pozuntuları müəyyən edib-etmədiyi məlum deyil.
Qeyd edək ki, Epşteyn 2002-2005-ci illərdə onlarla yetkinlik yaşına çatmayan qız üçün Nyu-Yorkdakı evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunurdu. O, 2019-cu ilin avqustunda həbsxana kamerasında ölüb.