Mikroavtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
Dünya
207
14:00, Bu gün

Mikroavtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var

Türkiyənin Şırnak əyaləti Cizre rayonun Yolaçan kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, məlumatı "CNN Türk" yayıb.

Bildirilib ki, Nusaybindən Cizre istiqamətinə hərəkət edən mikroavtobus yağış səbəbindən sürüşkən yolda sürücünün nəzarəti itirməsi nəticəsində aşıb. Qəza zamanı yol kənarına aşan nəqliyyat vasitəsindəki 8 nəfər yaralanıb.

Hadisə yerinə tibbi yardım və jandarma qrupları göndərilib. Yaralılar təcili yardım maşını ilə Cizre, İdil və Silopi dövlət xəstəxanalarına çatdırılıblar.

İnformasiyaya əsasən, yaralılardan ikisi hospitalda ölüb.

Qəza ilə bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər