14:13
13°C
Bakı
Pakistanın Bəlucistan vilayətində separatçıların hücumu nəticəsində 10 polis həlak olub.
Moderator.az Pakistan mediasına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən görülən əks-tədbirlər nəticəsində 37 terrorçu zərərsizləşdirilib.
Hücumlar Bəlucistan vilayətinin 12 bölgəsində koordinasiyalı şəkildə həyata keçirilib.
Pakistanın təhlükəsizlik qüvvələri terrorçuların aşkarlanaraq zərərsizləşdirilməsi ilə bağlı tədbirləri davam etdirir.
“AFP”-yə verilən məlumata görə hücumlar silahlı şəxslər və kamikadzelər tərəfindən həyata keçirilib.
Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu adlı separatçı qruplaşma sözügedən vilayətdə mütəmadi olaraq terror hücumları həyata keçirir.