13:43
12°C
Bakı
Böyük Britaniyada 2025-ci ildə vərəmə yoluxma halları kəskin artıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Daily Express" nəşri Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, ölkədə vərəmə mübtəla olanların sayı son bir neçə ildə əhəmiyyətli dərəcədə çoxalıb. 2025-ci ildə Böyük Britaniyada 5424 hal qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 25% artım deməkdir.
Ən yüksək yoluxma halı ölkənin şimal-şərqində fiksə olunub.
Məqalədə həmçinin bildirilir ki, vərəmin müasir forması ağciyərləri sürətlə zədələyir.