14:50
13°C
Bakı
Körfəz ölkələri Səudiyyə Ərəbistanı ilə ABŞ arasında yüksəksəviyyəli görüşlər zamanı Vaşinqtonun İranla bağlı məqsəd və planlarını müəyyən edə bilməyiblər.
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" kanalı Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrindən birinin rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtonda keçirilən məsləhətləşmələrə baxmayaraq, ABŞ Administrasiyası İranla bağlı məqsədlərini və ya planlarını Fars körfəzindəki müttəfiqləri ilə bölüşməyib.
Mənbə vurğulayıb ki, Səudiyyə Ərəbistanı hava məkanının iştirak etmədiyi müharibə üçün istifadəsinə icazə verməyəcək.