Al Səud: ABŞ-nin zərbə endirməkdən imtinası İran hakimiyyətini gücləndirəcək
Dünya
177
08:50, Bu gün

Al Səud: ABŞ-nin zərbə endirməkdən imtinası İran hakimiyyətini gücləndirəcək

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Al Səud hesab edir ki, ABŞ-nin İrana mümkün zərbədən imtina etməsi Tehrandakı rəhbərliyi gücləndirəcək.

Moderator.az-ın məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.

Məlumata görə, səudiyyəli nazir bu mövqeyini Vaşinqtonda yerli analitik mərkəzlərin rəhbərlərinin iştirakı ilə keçirilən qapalı brifinqdə ifadə edib. "Axios" bildirib ki, bundan bir gün əvvəl o, ABŞ Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə görüş keçirib.

Portalın yazdığına görə, Səudiyyə Ərəbistanının müdafiə naziri: "Bu mərhələdə əgər (İrana zərbə – red.) baş verməsə, bu, yalnız İran rəhbərliyini gücləndirəcək", - deyib.

"Axios"un məlumatına görə, səudiyyəli nazir ABŞ Prezidenti Donald Trampın administrasiyasının eskalasiyadan yayınmağa çalışaraq hərbi xarakterli tədbirlər görməli olacağını bildirib. Portal vurğulayıb ki, bu kimi açıqlamalar Ər-Riyadın rəsmi mövqeyi ilə üst-üstə düşmür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər