Senssasion iddia: İran rəhbərliyi ölkədən qaçır
Dünya
169
00:06, Bu gün

Senssasion iddia: İran rəhbərliyi ölkədən qaçır

ABŞ-ın Maliyyə naziri Skott Bessent İran hakimiyyətinin ölkədən mümkün köç hazırlığı çərçivəsində böyük həcmdə maliyyə vəsaitini dünyanın müxtəlif banklarına köçürdüyünü iddia edib.

Moderator.az xəbər verir ki, nazir bu barədə sosial media hesabında paylaşım edib.

O, İran rəhbərliyinin davranışını “batan gəmidən qaçan siçovullara” bənzədərək, rejimin İran ailələrindən oğurlanan pulları təlaş içində beynəlxalq banklara və maliyyə institutlarına ötürdüyünü bildirib.

“Əmin olun ki, ABŞ Maliyyə Nazirliyi bu məsələ ilə bağlı tədbir görəcək”, — deyə Bessent qeyd edib.

ABŞ Maliyyə naziri həmçinin İran liderlərini ölkənin təbii resurslarının satışından əldə edilən gəlirləri “çiçəklənən İran” qurmaq əvəzinə raket və nüvə silahlarının inkişafına xərcləməkdə ittiham edib. Onun sözlərinə görə, Vaşinqton İran xalqının hesabına varlanan korrupsiyalaşmış elitanın təqib olunmasını davam etdirəcək.

 

(globalinfo)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər