Dünya
445
30 Jan 2026 | 23:10

"Evdə tək" filminin tanınmış aktrisası vəfat etdi

Məşhur "Evdə tək" filmindən tamaşaçılara yaxşı tanış olan Ketrin O'Hara 72 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, aktrisanın ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, K.O'Hara karyerasına 1974-cü ildə Kanadanın Toronto şəhərindəki "The Second City" şəhər teatrında başlayıb. Lakin o, Tim Börtonun 1988-ci ildə çəkdiyi "Beetlejuice" filmindəki Deliya Dits rolu və daha sonra "Evdə tək" filmində Makoley Kalkinin canlandıardığı "Kevin" obrazının anası rolu ilə tanınmağa başlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər