ABŞ Epşteyn işi ilə bağlı 3 milyon səhifəlik sənədi açıqlayacaq
Dünya
121
22:20, Bu gün

ABŞ Epşteyn işi ilə bağlı 3 milyon səhifəlik sənədi açıqlayacaq

ABŞ Ədliyyə Nazirliyi Epşteynin dosyesindən 3 milyon səhifədən çox sənədi açıqlayacaq.

Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Baş prokurorun birinci müavini Todd Blanşın sözlərinə görə, paketə 2000-dən çox video və 180 min şəkil daxil olacaq.
Materiallarda Epşteynin cihazlarından müsadirə edilmiş külli miqdarda kommersiya pornoqrafiyası da var.

Ədliyyə Nazirliyinin Konqresə göndərdiyi məktubda izah olunur ki, sənədlər 20 ildən çox müddətə əsaslanan ilkin mənbələrdən götürülüb.

Epşteyn 2002-2005-ci illər arasında yetkinlik yaşına çatmayan qızların Manhettendəki evinə və şəxsi adasına səfərlərini təşkil etməkdə ittiham olunub. 2019-cu ilin avqust ayında maliyyəçi həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər