Oğlundan
Dünya
887
21:35, Bu gün

Oğlundan "Şabanla" bağlı gözlənilməz ETİRAF

Türkiyə kinosunun əfsanəvi siması Kemal Sunalın oğlu, aktyor Ali Sunal qatıldığı bir proqramda atası ilə bağlı etdiyi səmimi etirafla izləyiciləri duyğulandırıb.

Moderator.az xəbər verir ki, Ali Sunal Berfu Yenenlerin YouTube proqramına qonaq olarkən, atasının filmlərini izləmədiyini bildirib.  

Belə ki, proqramın tamaşaçılardan gələn sualların cavablandırıldığı hissəsində ona “Ən sevdiyiniz Kemal Sunal filmi hansıdır?” sualı ünvanlanıb. Bu suala cavab verən Ali Sunal, atasını itirdikdən sonra Kemal Sunalın filmlərinə baxmadığını deyib.

Sosial şəbəkələrdə qarşısına çıxan qısa videoları belə ötürdüyünü deyən Sunal sözlərini belə davam etdirib:

“Uşaqlarım mənə güc verəcək. Yaşları uyğun olanda onlarla birlikdə izləməyi ümid edirəm.”

Ali Sunalın bu açıqlaması sosial mediada da geniş rezonans doğurub və çoxsaylı istifadəçilər onun səmimi sözlərinə dəstək mesajları yazıblar.

Qeyd edək ki, "Hababam Sınıfı", "Tosun Paşa", "Süt Kardeşler", "Çöpçüler Kralı", "Şaban Oğlu Şaban" kimi saysız-hesabsız filmlərlə milyonları güldürən Kemal Sunal, eyni zamanda cəmiyyətin bütün təbəqələrinə toxunan nadir sənətkarlardan biri olub. 3 iyul 2000-ci ildə vəfat edən ustad aktyor, ölümündən illər keçməsinə baxmayaraq hələ də televiziya ekranlarında, evlərdə və tamaşaçıların qəlbində yaşamağa davam edir. 

Atasının yolunu davam etdirən Ali Sunal isə illər ərzində öz aktyorluq karyerasını quraraq səhnə və ekranların sevilən simasına çevrilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər