Qazaxıstanda yeni konstitusiyanın ilkin layihəsi təqdim edildi
Dünya
208
20:20, Bu gün

Qazaxıstanda yeni konstitusiyanın ilkin layihəsi təqdim edildi

Qazaxıstanın yeni konstitusiyasının ilk layihəsi müvafiq komissiyanın iclasında təqdim edilib. Sənəd Konstitusiya Məhkəməsinin sədr müavini Bakıt Nurmuxanov tərəfindən təqdim edilib.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, layihə sənədi preambula, 11 bölmə və 95 maddədən ibarətdir.

Qeyd edək ki, 2025-ci ildə Kasım-Jomart Tokayev konstitusiyaya dəyişiklik etməklə, ikipalatalı parlamenti birpalatalı parlamentə çevirməyi təklif edib. Bu ilin yanvar ayında prezident, həmçinin vitse-prezident vəzifəsinin yaradılmasını, məsləhət orqanlarında islahatların aparılmasını, konstitusiyanın preambulasında dəyişiklik edilməsini və bir sıra digər düzəlişlərin edilməsini təklif edib.

İslahatı həyata keçirmək üçün konstitusiya komissiyası yaradılıb və onun üzvləri yanvarın 29-da keçirilən iclasda qənaətə gəliblər ki, dəyişikliklər mövcud konstitusiyanın 80%-dən çoxuna təsir etdiyi üçün ölkədə yeni konstitusiya qəbul edilməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər