Quterreş BMT-nin qaçılmaz maliyyə çöküşü təhlükəsi ilə üzləşdiyini bildirib
Dünya
146
20:00, Bu gün

Quterreş BMT-nin qaçılmaz maliyyə çöküşü təhlükəsi ilə üzləşdiyini bildirib

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, BMT üzvlük haqlarının ödənilməməsi və xərclənməmiş vəsaitlərin qaytarılmasını tələb edən büdcə qaydası səbəbindən qaçılmaz maliyyə çöküşü təhlükəsi ilə üzləşir.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin əldə etdiyi Quterrişin məktubuna əsasən, təşkilatdakı böhranın dərinləşməsi proqramların həyata keçirilməsinə təhlükə yaradır və maliyyə çöküşü riskini artırır.

"Yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək", - o qeyd edib.

Baş katibin hesablamalarına görə, təşkilatın maliyyə ehtiyatları iyul ayına qədər tükənə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər