Filippində bərə qəzası nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya
120
18:30, Bu gün

Filippində bərə qəzası nəticəsində ölənlərin sayı 31-ə çatıb

Filippində "Trisha Kerstin 3" adlı "Ro-Ro" tipli bərənin qəzası nəticəsində ölənlərin sayı daha iki meyitin tapılmasından sonra 31-ə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Filippin Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ən azı 316 nəfər xilas edilib.

Axtarış əməliyyatları davam edir və itkin düşənlərin dəqiq sayını müəyyən etmək üçün araşdırma aparılır.

Bərə Zamboanqa şəhərindən (Filippin) Holo adasına gedirmiş. O, Baluk adası yaxınlığında qəzaya uğrayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər