Birinci Aİ-Ermənistan sammiti mayda İrəvanda keçiriləcək
Dünya
183
18:08, Bu gün

Birinci Aİ-Ermənistan sammiti mayda İrəvanda keçiriləcək

Birinci Avropa İttifaqı-Ermənistan sammiti bu ilin mayında İrəvanda keçiriləcək.

Moderator.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi nazir Ararat Mirzoyanın Brüsseldə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosla danışıqların yekunları üzrə məlumat yayıb.

"Mayda İrəvanda keçiriləcək Aİ-Ermənistan sammitinin gündəliyi və həyata keçiriləcək yüksək səviyyəli səfərlər ətraflı müzakirə edilib. Tərəflər nəzərəçarpan nəticələrin təmin edilməsinə yönəlmiş təşəbbüslərin reallaşdırılmasına hazır olduqlarını vurğulayıblar", - məlumatda bildirilib.

Görüş zamanı Mirzoyan Avropa Sülh Fondu çərçivəsində Ermənistana 20 milyon avro yardımın ayrılması ilə bağlı Aİ Şurasının qərarından məmnunluğunu bildirib. "Ararat Mirzoyan və Marta Kos Ermənistanda demokratik islahatların və dayanıqlılığın gücləndirilməsi istiqamətində aparılan işləri müzakirə edib, Ermənistanla Azərbaycan arasında sülh sazişi kontekstində regional nəqliyyat əlaqələrinin və infrastrukturun inkişafı proqramlarının həyata keçirilməsi məsələlərinə, sülhün daha da institutlaşdırılmasına yönəlmiş digər addımlara toxunublar", - XİN-dən əlavə ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər