İran ABŞ ilə nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu açıqladı
Dünya
188
17:57, Bu gün

İran ABŞ ilə nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu açıqladı

"İran ABŞ ilə nüvə proqramı üzrə danışıqları bərpa etməyə hazırdır".

Moderator.az-ın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçı Türkiyə xarici işlər naziri Hakan Fidan ilə İstanbulda keçirilən görüşdən sonra bildirib.

"İran İslam Respublikası bir daha ABŞ ilə nüvə sazişi üzrə danışıqlarına girməyə hazırdır. İran İslam Respublikası heç vaxt nüvə silahı hazırlamağı planlaşdırmayıb", - deyə o qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin iyun ayında ABŞ İrandakı üç nüvə obyektinə zərbə endirib. ABŞ-nin hərbi naziri Pit Heqset qeyd edib ki, ölkə İslam Respublikasının nüvə proqramını 75 yüksəkdəqiqlikli sursatdan istifadə edərək tamamilə məhv edib. İran hakimiyyəti öz nüvə obyektlərinin məhv olunmasını təkzib edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər