Rəsmi Moskva: Rusiya TRIPP-ə qoşulmağın mümkün variantlarını öyrənməyə hazırdır
Dünya
214
17:15, Bu gün

Rəsmi Moskva: Rusiya TRIPP-ə qoşulmağın mümkün variantlarını öyrənməyə hazırdır

Rusiya TRIPP layihəsinə qoşulmağın mümkün variantlarını öyrənməyə hazırdır.

Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinqdə bildirib.

Onun sözlərinə görə, “Rusiya tərəfi iqtisadi blokun xətti ilə erməni həmkarları ilə təmasdadır”.

“Hökumət İrəvanın bütün sorğularını araşdırır. Bu sorğular profil qurumlarımız tərəfindən operativ şəkildə işlənilir. O ki qaldı “Tramp Marşrutu”na (TRIPP layihəsi-red.), biz bu layihəyə qoşulmağın mümkün variantlarını öyrənməyə hazır olduğumuzu, o cümlədən Rusiya dəmir yollarının unikal ekspertizasını təsdiqləyirik. Yəqin hər şeydən əvvəl bu təşəbbüsün reallaşması və funksiyasının detalları ilə tanış olmaq lazımdır. Başa düşdüyümüz qədər bu, yalnız ilkin mərhələdədir. İrəvana bütün maraqlı tərəflərin iştirakı ilə məsləhətləşmələr keçirmək təklifimiz qüvvədə qalır”, - Rusiya XİN sözçüsü qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər