Rusiya ordusunun Xersona atdığı mərmi avtobusa dəyib, ölən və yaralılar var
Dünya
166
16:56, Bu gün

Rusiya ordusunun Xersona atdığı mərmi avtobusa dəyib, ölən və yaralılar var

Bu gün Rusiya ordusu Xerson şəhərini atəşə tutarkən mərmilərdən biri sərnişin avtobusuna dəyib.

Moderator.az xəbər verir ki, bu barədə “Unian“ Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində bir sərnişin ölüb, 5 nəfər isə yaralanıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilən bütün yaralılar qəlpə yarası alıb. Həkimlər yaralılara təcili yardım göstərib.

Prokudinin sözlərinə görə, son sutkada Rusiya ordusunun zərbələri nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər