Ərdoğan Pezeşkianla danışdı: Türkiyə vasitəçi olmağa hazırdır
Dünya
813
14:25, Bu gün

Ərdoğan Pezeşkianla danışdı: Türkiyə vasitəçi olmağa hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. 

Moderator.az xəbər verir ki, telefon söhbəti zamanı bölgədə son dövrlərdə artan gərginlik müzakirə olunub.

Prezident Ərdoğan gərginliyin azaldılması və mövcud problemlərin həlli üçün Türkiyənin İran ilə ABŞ arasında vasitəçi rolunu öhdəsinə götürməyə hazır olduğunu vurğulayıb.

Tərəflər bölgədə sabitliyin qorunmasının vacibliyini qeyd edərək, dialoq və diplomatik yolların önəmini bir daha diqqətə çatdırıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər