Ukraynalı bankir İtaliyada ölü halda tapıldı
Dünya
312
29 Jan 2026 | 23:50

Ukraynalı bankir İtaliyada ölü halda tapıldı

Ukraynalı sahibkar və bankir Aleksandr Adariçin cəsədi yanvarın 23-də Milanın mərkəzində, Via Nerino küçəsində yerləşən hotelin pəncərələri altında aşkarlanıb.

Moderator.az bu barədə "Il Giorno" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, iş adamının qaldığı otağın bir gecəlik qiyməti 300 avro olub və otaq başqa bir şəxsin adına rəsmiləşdirilib. Otaqda Adariçin fotosu olan, lakin fərqli adlar və millətlər göstərilən şəxsiyyəti təsdiq edən sənədlər tapılıb.

Qəzetin məlumatına görə, hadisədən sonra Adariçin qaldığı hoteli iki nəfər tələsik tərk edib. Qeyd olunur ki, cəsədin yarılması (ekspertiza) hələ aparılmayıb.

Həmçinin vurğulanır ki, Adariç Lüksemburqda yerləşən daşınmaz əmlak şirkəti "Alfaro Real Estate"də rəhbər vəzifə tutub və Barselonada fəaliyyət göstərən "Fondazione Casa Ucraina" fondu ilə əlaqəli olub.

Qeyd edək ki, müxtəlif illərdə bankir Adariç Donetsk vilayətində "PrivatBank"ın kredit idarəsinin rəhbəri olub, "UkrSibbank"ın idarə heyətində çalışıb, 2016-cı ildə müflis elan edilən "Evrobanka", eləcə də "Fidobank"*a sahiblik edib.

Link kopyalandı!
Son xəbərlər