Tramp FES-ə yeni sədrin namizədliyini növbəti həftə irəli sürəcək
Dünya
119
29 Jan 2026 | 23:46

Tramp FES-ə yeni sədrin namizədliyini növbəti həftə irəli sürəcək

ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin (FES) yeni rəhbərinin namizədliyini növbəti həftə irəli sürmək niyyətindədir.

Moderator.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi iclasda bildirib.

"Növbəti həftə FES-in sədrini elan edəcəyik. Düşünürəm ki, seçilən şəxs yaxşı iş görən olacaq", - o bildirib.

FES sədrinin namizədliyi ABŞ Konqresinin Senatı tərəfindən təsdiqlənir.

Tramp dəfələrlə FES-in hazırkı sədri Cerom Pauelli sərt tənqid edib və onun işdən çıxarılması üçün çalışacağını bildirib. ABŞ liderinin fikrincə, FES ardıcıl olaraq baza faiz dərəcəsini azaltmalıdır.

Onun iddiasına görə, FES ABŞ hökumətinin kredit xərclərinin yüksək səviyyədə qalması üçün bunu qəsdən etmirdi. Pauell dəfələrlə istefa vermək niyyətində olmadığını bəyan edib. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.

Link kopyalandı!
Son xəbərlər