ABŞ Venesuela üzərindən bütün kommersiya uçuşlarını bərpa edir
Dünya
229
29 Jan 2026 | 21:57

ABŞ Venesuela üzərindən bütün kommersiya uçuşlarını bərpa edir

ABŞ Venesuela üzərindən bütün kommersiya uçuşlarını bərpa edir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi iclasda bildirib.

"Mən indicə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigeslə danışdım və Venesuela üzərindən bütün kommersiya hava uçuşlarımızı bərpa edəcəyimizi bildirdim. Amerika vətəndaşları tezliklə Venesuelaya uça biləcəklər və onlar orada təhlükəsiz olacaqlar", - Tramp bildirib.

Tramp ABŞ-nin nəqliyyat naziri Şon Daffiyə və bütün səlahiyyətli şəxslərə, o cümlədən hərbçilərə günün sonunadək Venesuela üzərində hava məkanını təyyarələr üçün açmağı tapşırıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər