Məsud Pezeşkian: Biz müdafiə olunacağıq
Dünya
145
21:40, Bu gün

Məsud Pezeşkian: Biz müdafiə olunacağıq

Biz hesab edirik ki, müharibə və münaqişə heç bir tərəfin maraqlarına cavab vermir və biz qarşılıqlı fəaliyyət, diplomatiya yoluna üstünlük veririk, lakin özümüzü müdafiə etməkdə tərəddüd etmirik.

Moderator.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığında deyib.

"İran İnternational"da yayılan məlumatda qeyd olunub ki, Pezeşkian ABŞ-nin danışıqlar təklifinə də münasibət bildirib:

"Əgər Amerika həqiqi diplomatiyaya can atırsa, təxribatçı hərəkətləri dayandırmalıdır".

Qeyd edək ki, Pezeşkian və Şahbaz Şərif telefon danışığında Yaxın Şərqdə vəziyyətin inkişafını da müzakirə edib və diplomatik dialoqu davam etdirmək niyyətini bildiriblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər