22:26
5°C
Bakı
ABŞ müdafiə naziri Pit Heqetin gələn ay Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin görüşündə iştirak etməsi gözlənilmir.
Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bununla da Tramp administrasiyası rəsmisi ardıcıl ikinci dəfədir hərbi alyansın görüşündə iştirak etmir.
Mənbələr, həm ABŞ rəsmisi, həm də NATO diplomatı, Heqsetin 12 fevralda NATO qərargahında keçiriləcək görüşdə iştirak etməyəcəyini bildiriblər. Heqsetin görüşdə iştirak etməməsinin səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio da dekabr ayında keçirilən NATO xarici işlər nazirlərinin son görüşündə iştirak etməyib.