23:35
5°C
Bakı
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə əlavə bir hərbi gəmi göndərib.
Moderator.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisinə istinadən “Reuters“ məlumat yayıb.
ABŞ rəsmisi “USS Delbert D. Black” destroyer gəmisinin son 48 saat ərzində bölgəyə daxil olduğunu bildirib.
Bununla da Yaxın Şərqdəki ABŞ Hərbi Dəniz Donanmasına aid destroyerlərin sayı altıya çatıb.
Bölgədə bundan başqa bir təyyarədaşıyan gəminin və üç də digər döyüş gəmisinin olduğu bildirilir.