Alen Simonyan Koçaryanı məhkəməyə vermək niyyətindədir
Dünya
266
19:50, Bu gün

Alen Simonyan Koçaryanı məhkəməyə vermək niyyətindədir

Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezident Robert Koçaryanı məhkəməyə vermək niyyətindədir.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, Simonyan Koçaryanın onun ünvanına dediyi “belə etibarsız adam orduda normal xidmət edə bilməzdi” sözləri ilə özünün təhqir olunduğunu bildirib.

Qeyd edək ki, Koçaryan bugünkü mətbuat konfransında onun hakimiyyəti dövründə Ermənistan ordusunda hərc-mərclik olduğuna dair Simonyanın son bəyanatına belə reaksiya verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər