Polşa müdafiə nazirinin təyyarəsi havaya qalxdıqdan sonra Varşavaya qaytarıldı
Dünya
242
18:37, Bu gün

Polşa müdafiə nazirinin təyyarəsi havaya qalxdıqdan sonra Varşavaya qaytarıldı

Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamışı daşıyan hökumət təyyarəsi texniki nasazlıq səbəbindən havaya qalxdıqdan sonra Varşava hava limanına geri qayıtmağa məcbur olub.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbə "Polsat News" telekanalına məlumat verib.

Məlumata görə, Almaniyanın Ramşteyn şəhərində yerləşən NATO bazasına yola düşən Kosinyak-Kamışın rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan hökumət təyyarəsi təcili qaydada hərbi aerodroma eniş edib.

Bildirilib ki, baş nazirin müavini ilə NATO-nun baş katibi arasında planlaşdırılan görüş iki saat təxirə salınıb. Belə ki, müdafiə nazirinin mətbuat konfransı əvvəlcə saat 15:00-a nəzərdə tutulsa da, sonradan saat 17:00-a keçirilib.

Mətbuatın məlumatına görə, təyyarənin eniş şassisində mümkün nasazlığı göstərən xəbərdarlıq işıq göstəricisinin yanması insidentə səbəb olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər