Aİ Rusiyanın məşhur jurnalistlərinə sanksiya tətbiq edib
Dünya
131
18:00, Bu gün

Aİ Rusiyanın məşhur jurnalistlərinə sanksiya tətbiq edib

Avropa İttifaqı rusiyalı jurnalistlər Yekaterina Andreeva, Pavel Zarubin və Dmitri Quberniyevə qarşı sanksiyalar tətbiq edib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, Aİ-nin sanksiya siyahısına reper Roman Çumakov, balet ustası Sergey Polunin və teleaparıcı Maria Sittel də düşüb.

Qeyd edək ki, Pavel Zarubin Rusiya prezidenti Vladimir Putinin jurnalist "pul"unda təmsil olunur. O, Rossiya telekanalında yayımlanan Moskva. Kreml. Putin verilişinin müəllifi və aparıcısıdır. Yekaterina Andreeva Pervıy kanalın əsas xəbər buraxılışının aparıcısı, Dmitri Quberniyev isə Rusiyanın məşhur idman jurnalisti və aparıcısıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər