Aİ İranın DİN rəhbəri daxil olmaqla, 15 məmur və 6 təşkilata sanksiyalar tətbiq edib
Dünya
176
17:55, Bu gün

Aİ İranın DİN rəhbəri daxil olmaqla, 15 məmur və 6 təşkilata sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli komandirləri və rəsmiləri də daxil olmaqla, İranın 15 məmuruna qarşı sanksiyalar tətbiq edib.

Moderator.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının "Rəsmi bülleteni"ndə bildirilib.

Məlumata görə, İranın 6 təşkilatına qarşı da sanksiyalar tətbiq edilib.

Öz növbəsində, Rusiya KİV-ləri bildirib ki, sanksiya siyahısına İran daxili işlər naziri İskəndər Momeni və Baş prokuror Mohammad Movahedi Azad da daxil edilib.

Bəyanata əsasən, sanksiyalar İranda son etirazlar zamanı insan haqlarının kobud və amansız şəkildə pozulmasına görə tətbiq edilib.

Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Aİ Xarici İşlər Şurasının iclasında İrana qarşı yeni sanksiyaların tətbiqi, həmçinin SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsi məsələsi müzakirə olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər