Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarının hansı dildə aparıldığı məlum olub
Dünya
315
17:36, Bu gün

Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarının hansı dildə aparıldığı məlum olub

Əbu-Dabidə Ukrayna nümayəndə heyəti ilə danışıqlar rus dilində aparılır.

Moderator.az xəbər verir ki, bunu danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukov bildirib.

O, Ukrayna tərəfi ilə danışıqların rus dilində aparıldığını vurğulayıb.

Qeyd edək ki, Əbu-Dabidə danışıqlar ötən həftənin sonunda baş tutub. Danışıqlarda ABŞ nümayəndə heyəti də iştirak edib.

Danışıqların növbəti raundunun fevralın 1-də keçiriləcəyi açıqlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər