Estoniya Rusiya və Belarus vətəndaşlarının daşınmaz əmlak almasını qadağan edir
Dünya
119
17:20, Bu gün

Estoniya Rusiya və Belarus vətəndaşlarının daşınmaz əmlak almasını qadağan edir

Estoniya hökuməti Rusiya və Belarus vətəndaşlarının ölkədə daşınmaz əmlak almasına qadağa qoymağa hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə “Delfi” Estoniyanın daxili işlər naziri İqor Tarroya istinadən məlumat yayıb.

Nazir bildirib ki, Rusiya və Belarus vətəndaşlarının artıq Estoniyaya girişi və qalmağı məhdudlaşdırılıb, “məntiqi olaraq, daşınmaz əmlak almaq hüququnun da olmaması lazımdır”.

Nazir Estoniyada uzunmüddətli qalmaq icazəsi olmayan Rusiya və Belarus vətəndaşlarının daşınmaz əmlak almasının qadağan edilməsi üçün qanunda təcili dəyişikliklər təklif edir. Bu məhdudiyyətlər onarın sahib olduğu şirkətlərə də təsir edəcək.

“Bu əmlaklar casusluq və təxribat üçün, o cümlədən böhran vəziyyətlərində bizim əleyhimizə istifadə edilə biləcək mövqelərin hazırlanması üçün istifadə oluna bilər”, – nazir qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər