KİV: Avropa İttifaqı SEPAH-ı terror təşkilatı elan edəcək
Dünya
135
16:50, Bu gün

KİV: Avropa İttifaqı SEPAH-ı terror təşkilatı elan edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə hökumət əleyhinə etirazların yatırılmasına, eləcə də Rusiya ilə əməkdaşlıq etməsinə görə İranın fərdi və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar qəbul ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Aİ xarici işlər nazirləri bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsini də elan edəcəklər.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər