Almaniya əhalisinin sayı 2020-ci ildən bəri ilk dəfə azalıb
Dünya
153
16:20, Bu gün

Almaniya əhalisinin sayı 2020-ci ildən bəri ilk dəfə azalıb

Almaniyanın əhalisi 2025-ci ildə 83.5 milyon nəfər olub. Bu, əvvəlki ildən təxminən 100 min nəfər azdır.

Moderator.az TASS-a istinadən xəbər verir ki, məlumatı Federal Statistika İdarəsi yayıb.

Vurğulanıb ki, 2020-ci ilin pandemiya ilindən bəri ölkə əhalinin azalması ilk dəfə qeydə alınıb.

Keçən il ölkədə 660 min nəfər doğulub ki, bu da əvvəlki ilin göstəricisindən (667 min) azdır.

Eyni zamanda, ölkəyə miqrant axını azalıb. 2025-ci ildə xaricdən gələn insanların axını əvvəlki ilə müqayisədə 40 faiz azalaraq 260 min nəfər təşkil edib. Bu rəqəm 2020-ci ildən bəri ən aşağı göstərici olub, çünki pandemiya ilə əlaqəli məhdudlaşdırıcı tədbirlər səbəbindən əhalinin hərəkətliliyi azalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər