ABŞ yeni şatdaundan yayına bilər - Ağ Ev və Senat rəhbərləri nəyi müzakirə edirlər?
Dünya
142
16:10, Bu gün

ABŞ yeni şatdaundan yayına bilər - Ağ Ev və Senat rəhbərləri nəyi müzakirə edirlər?

"Ağ Ev və ABŞ Senatının rəhbərləri hökumətin işinin dayandırılmasının qarşısını ala biləcək razılaşmaya yaxındırlar. Lakin tərəflər son fikir ayrılıqları ilə bağlı danışıqları davam etdirirlər".

Moderator.az-ın məlumatına görə, bu barədə CNN özəl mənbələrinə istinadən xəbər verib.

Həmin qaynaqlar bildirib ki, Prezident Donald Trampın administrasiyası Demokratların Daxili Təhlükəsizlik Departamentinin (DTD) ümumi büdcə paketindən maliyyələşdirilməsini müvəqqəti dayandırmaq təklifini nəzərdən keçirməyə hazırdır. Bu, əksər agentliklər üçün maliyyələşdirməni sentyabrın sonuna qədər uzadacaq, DTD isə miqrasiya siyasəti ilə bağlı danışıqları davam etdirmək üçün məhdud müddətə işini həyata keçirəcək.

Əsas fikir ayrılıqları İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) xidmətinin fəaliyyətinə yönəlib. Demokratlar immiqrasiya ilə bağlı əlavə məhdudiyyətlərin qanunvericilikdə təsbitini tələb edirlər və öz imkanlarını icra hakimiyyətinin vədləri ilə məhdudlaşdırmayacaqlarını vurğulayırlar.

CNN qeyd edir ki, danışıqların intensivləşməsi miqrasiya orqanlarının sərt davranışına qarşı ictimai tənqid və Ağ Evin daha bir şatdaundan (federal hökumətin fəaliyyətinin dayandırılması - red.) yayınmaq istəyi fonunda baş verir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər