18:19
6°C
Bakı
Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutan danışıqlardan sonra üç əsas məsələ ilə bağlı çıxılmaz vəziyyətə düşüblər.
Moderator.az bildirir ki, bu barədə "Politico" məlumat verib.
Nəşr qeyd edir ki, bunlar ərazi məsələləri, Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri və atəşkəs rejiminin hansı vaxt - sazişlərin imzalanmasından əvvəl və ya sonra tətbiq edilməsidir.
Daha əvvəl ABŞ Dövlət Departamentinin katibi Marko Rubio bildirmişdi ki, ABŞ Moskva və Kiyevin mövqelərinin uyğunlaşdırılması üzərində fəal şəkildə çalışır.