İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyəyə səfər edəcək
Dünya
195
15:43, Bu gün

İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşmək üçün sabah (yanvarın 30-da) Türkiyəyə səfər edəcək.
 
Moderator.az-ın "TRT Haber"ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər.
 
Məlumata görə, görüş zamanı Hakan Fidan tərəfindən gündəmə gətiriləcək məsələlər arasında münasibətlərin regional təhlükəsizlik kontekstində əhəmiyyətinin artması, Türkiyənin İrana qarşı yenidən hərbi müdaxilənin qəti əleyhinə olduğu, bölgədə sülh və sabitliyin Türkiyə üçün də böyük əhəmiyyət kəsb etdiyi və PKK/PJAK-ın tamamilə zərərsizləşdirilməsinin İran üçün kritik əhəmiyyəti kimi məqamlar var.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər