Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Kemerovo bölgəsində əqli pozuntulu insanlar üçün qocalar evinin sakinlərinin ölümü ilə bağlı araşdırma aparılır.
Moderator.az xəbər verir ki, məlumatı NTV yayıb.
Regional Əmək və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, yanvar ayında Prokopyevskdəki psixiatriya qocalar evinin doqquz sakini vəfat edib. Ölənlərin ən kiçiyi 19, ən böyüyü isə 79 yaşında olub.
Nazirlik əlavə edib ki, yeddi halda ürək və qan dövranı xəstəlikləri ölüm səbəbi olub. 73 yaşlı qadın və 19 yaşlı kişinin ölüm səbəbi araşdırılır.
Daha əvvəl mediada Prokopyevskdəki psixonevroloji internatda A qripi epidemiyasının baş verdiyi bildirilib. Əlli nəfər xəstəxanaya yerləşdirilib.
İstintaq Komitəsi sanitariya qaydalarının pozulması ilə bağlı cinayət işi açıb. İnternatda karantin tətbiq edilib.