ABŞ-də güc strukturu əməkdaşlarına təxribatçılarla ünsiyyətə girməmək əmr olundu
Dünya
236
11:43, Bu gün

ABŞ-də güc strukturu əməkdaşlarına təxribatçılarla ünsiyyətə girməmək əmr olundu

ABŞ hakimiyyəti kütləvi etirazlar fonunda Minnesota ştatında miqrant reydləri zamanı İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) xidmətlərinin əməkdaşlarına təxribatçılarla ünsiyyətə girməməyi əmr edib.
 
Moderator.az xəbər verir ki, məlumatı "Reuters" agentliyi yayıb.
 
Məlumata görə, bu tapşırığın Minnesota ştatındakı əməkdaşlara Prezident Donald Trampın immiqrasiya ilə bağlı sərt tədbirləri çərçivəsindəki daxili təlimatlara əsasən verildiyi bildirilir.
 
Yeni təlimatlar yalnız cinayət ittihamı və ya məhkumluğu olan miqrantların təqibinin mümkünlüyünü nəzərdə tutur.
 
Sənəddə qeyd olunur ki, xidmət əməkdaşları ilə miqrantlar arasında ünsiyyət yalnız zabitlərin əmri əsasında gerçəkləşdirilə bilər. Təlimatlarda deyilir ki, hər hansı digər ünsiyyət mənasız və arzuolunmaz hesab olunur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər