03:22
6°C
Bakı
"Nyu-Yorkda hər dörd sakindən biri yoxsulluq həddi altında yaşayaraq maliyyə çətinlikləri çəkir".
Moderator.az CNBC telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-nin Nyu-York şəhərinin meri Zohran Mamdani bildirib.
Onun sözlərinə görə, vəziyyətin paradoksal tərəfi ondadır ki, buna baxmayaraq Nyu-York ABŞ ərazisində ən varlı və ən bahalı şəhər kimi mövqeyini qoruyur.
Xatırladaq ki, yanvarın 1-də Mamdaninin andiçmə mərasimi keçirilib, bu zaman ənənəvi İncil yerinə Quran kitabından istifadə olunub. Beləliklə, o, Nyu-Yorkun ilk müsəlman meri olub.