01:20
7°C
Bakı
"Vaşinqton bölgədəki ABŞ qüvvələrinə hücum təhlükəsi yaranacağı təqdirdə İrana preventiv zərbə endirmək hüququnu özündə saxlayır".
Moderator.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.
"Prezident Tramp hər zaman qabaqlayıcı müdafiə xarakterli fəaliyyət variantı hüququnu özündə saxlayır", - deyə Rubio Senatın xarici əlaqələr komitəsindəki dinləmələrdə qeyd edib.
Onun sözlərinə görə, ABŞ-nin müdafiə üçün bölgədə kifayət qədər qüvvəyə malik olması zəruridir.