Rusiya və Ukrayna fevralın 1-də Əbu-Dabidə Ukrayna nizamlanması üzrə danışıqları ikitərəfli formatda davam etdirəcək.
Moderator.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, ötən həftə BƏƏ-də uzun fasilədən sonra ilk dəfə ABŞ-ın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib. Həmin danışıqlarda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, eləcə də amerikalı sahibkar Cared Kuşner, Rusiya və Ukrayna nümayəndələri iştirak edib.
Marko Rubio bildirib ki, bu həftə planlaşdırılan növbəti görüş artıq ikitərəfli formatda keçiriləcək və bu mərhələdə Stiven Uitkoff və Cared Kuşner iştirak etməyəcək.
Bununla belə, zərurət yaranacağı təqdirdə ABŞ nümayəndələrinin danışıqlara qoşula biləcəyi istisna edilmir.