KİV: Aİ səfirləri Ermənistana hərbi yardım paketini təsdiqləyiblər
Dünya
154
22:25, Bu gün

KİV: Aİ səfirləri Ermənistana hərbi yardım paketini təsdiqləyiblər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Ermənistana 20 milyon avro məbləğində hərbi yardım paketinin ayrılmasını təsdiqləyiblər.

Moderator.az bildirir ki, bu barədə "Azadlıq radiosu"nun Avropa məsələləri üzrə redaktoru Rikard Cozvyak öz mənbələrinə istinadən məlumat verib.

Onun məlumatına görə, bu, Avropa Sülh Fondu çərçivəsində İrəvan üçün silah-sursatı əhatə etməyən ən böyük hərbi yardım paketidir.

Xatırladaq ki, 2024-cü ildə Aİ Sülh Fondundan Ermənistana 10 milyon avro yardım ayırmışdı ki, bu da ikitərəfli münasibətlər tarixində ilk belə addım olmuşdu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər