Rəsmi Tbilisi ABŞ-nin regionda fəallığını alqışlayıb
Dünya
130
22:17, Bu gün

Rəsmi Tbilisi ABŞ-nin regionda fəallığını alqışlayıb

Gürcüstan ABŞ-ın regionda fəal iştirakını alqışlayır.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvlərindən ibarət heyəti ilə görüşdə bildirib.

Tərəflər Gürcüstan-ABŞ münasibətlərinin hazırkı vəziyyətini və bölgədə gedən prosesləri müzakirə ediblər. Regionda sülhün və sabit inkişafın vacibliyi vurğulanıb və Gürcüstanda gedən proseslər nəzərdən keçirilib.

Görüşdə Gürcüstanın regional birləşdirici bənd kimi roluna xüsusi diqqət yetirilib və bu baxımdan Orta Dəhlizin potensialı müzakirə edilib.

Müzakirələr zamanı ABŞ nümayəndə heyətinin üzvləri Gürcüstanın qlobal və regional siyasət və təhlükəsizlik məsələlərindəki rolunu qeyd ediblər.

XİN başçısı Gürcüstan tərəfinin ABŞ ilə münasibətlərin yenidən başlanılmasına və strateji tərəfdaşlığın bərpasına hazırlığını bir daha təsdiqləyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər