01:08
7°C
Bakı
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında İranda baş verən hadisələr gündəmə gətirilib.
Moderator.az-ın məlumatına görə, iclasdan sonra yayımlanan bəyanatda İranda cərəyan edən proseslərin hərtərəfli şəkildə müzakirə edildiyi bildirilib. İranın sabitliyinin və əmin-amanlığının regionun təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığı xüsusi olaraq vurğulanıb.
Həmçinin Suriyaya dəstəyin davam etdiriləcəyi qeyd olunub.
“Qonşumuz Suriyanın suverenliyinin, ərazi bütövlüyünün, unitar quruluşunun və siyasi birliyinin təmin olunması istiqamətində göstərilən səylərə verilən güclü dəstəyin, eləcə də Suriya xalqının əmin-amanlığının, təhlükəsizliyinin və rifahının artırılması üçün səylər davam etdiriləcək”, – deyə bəyanatda bildirilib.