23:41
7°C
Bakı
ABŞ Venesuelaya qarşı yenidən hərbi güc tətbiq etmək niyyətində deyil və buna ehtiyac yaranacağını gözləmir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio açıqlama verib.
O, ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, Vaşinqton Venesuela ilə bağlı heç bir hərbi əməliyyata hazırlaşmır və belə bir plan mövcud deyil.
Rubionun sözlərinə görə, ABŞ-ın Venesueladakı hərbi mövcudluğu yalnız səfirliyin mühafizəsini həyata keçirən dəniz piyadaları ilə məhdudlaşacaq.
Dövlət katibi vurğulayıb ki, ABŞ-ın məqsədi Venesuela ilə bağlı vəziyyətdə hərbi eskalasiyaya yol verməməkdir.