Fransa Senatının (parlamentin yuxarı palatası) 68 yaşlı keçmiş üzvü Joel Gerrio aşağı palatanın deputatını ekstazi qatılmış şampanla sərxoş edərək onunla cinsi əlaqəyə girməyə cəhd göstərdiyinə görə dörd il müddətinə azadlıqdan məhrum edilib.
Moderator.az bu barədə "Le Monde" nəşrinə istinadən xəbər verir.
İş materiallarına əsasən, 2023-cü ildə Gerrio Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) 50 yaşlı deputatı Sandrin Josso ilə Parisdəki mənzilində tək qaldığı zaman ona narkotik qatılmış şampan təklif edib. Lakin onun planı baş tutmayıb, qadın özünü çox pis hiss etsə də, senatorun mənzilindən qaçaraq çıxmağa nail olub.
Eks-senatorun vəkilləri məhkəmə hökmündən apellyasiya şikayəti veriblər. Bu, o deməkdir ki, keçmiş senatorun həbsxanaya göndərilməsi təxirə salınır.